Səfir: \"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını davam etdirəcək\"

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını davam etdirəcək. SİA-nın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri vladimir Doroxin deyib. O, qeyd edib ki,Prezident Vladimir Putinin \"Ölkənin xarici siyasətinin bəzi elementləri haqqında\" fərmanında Dağlıq Qarabağ münaqişəsi haqqında bənd var: \"Burada prezidentdigər dövlətlərlə - ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə və Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa Respublikasının prezidentlərinin 2009-2011-ci illərdə verdikləri birgə bəyanatdakı prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsinin" həlli üzrə səylərə davam etməyi tapşırıb. Rusiyanın hazırkı xarici siyasəti "onun milli maraqlarını praqmatizm, aşkarlıq və çoxvektorluq prinsipləri əsasında təmin etməyə" imkan yaradır\".

Səfir deyir ki, Rusiya münaqişənin sülh yolu ilə nizamlanması mövqeyini təsdiqləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə