Bərdədə Şuşanın işğalı ilə bağlı tədbir keçirilib

Bərdədə Şuşanın işğalı ilə bağlı tədbir keçirilib

Bərdədə Azərbaycanın gözəl diyarı olan Şuşa şəhərinin işğal olunmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbirdə çıxış edənlər öz füsünkar təbiəti, saf suyu, təmiz havasi, flora və faunası ilə seçilən Şuşa şəhərinin mənfur qonşularımız olan ermənilər tərəfindən işğal olunduğunu, şəhərin darmadağın edildiyini, tarixi abidələrin məhv edilyini bildirib.

Bu hadisələr təkcə Şuşada yox, eyni zamanda digər işğal olunan torpaqlarımızda da təkrarlanıb. Tədbir iştirakçıları ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Şuşanın işğalı zamanı vətənindən didərgin düşənlərdən çoxlu sayda ailə Bərdədə məskunlaşıb.

Tədbir iştirakçıları həmçinin qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Qarabağ probleminin həlli istiqamətində apardığı qətiyyətli mövqeyi sayəsində təkcə Şuşa şəhəri deyil, digər işğal altında olan torpaqlar da qısa müddətdə azad ediləcək və elindən-obasından didərgin düşən məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə