Reabilitasiyaya cəlb olunmuş uşaqların 30 faizi cinsi zorakılığa məruz qalır
Azərbaycanda 5 ay əvvəl yaradılan zorakılığa məruz qalan uşaqların Reabilitasiyası Mərkəzinə 70-ə yaxın uşaq cəlb olunub. SİA-nın xəbərinə görə, bunu Milli Məclisdə keçirilən "Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması" adlı beynəlxalq konfransda "Ümidli gələcək" Gənclər Birliyinin sədri Nabil Seyidov bildirib.
Nabil Seyidov qeyd edib ki, cəlb olunan uşaqların 30 faizi cinsi zorakılığa məruz qalanlardır. Bundan başqa, onların arasında fiziki və psixoloji zorakılığa məruz qalanlar da var.
N. Seyidov internetin uşaqlar üçün doğurduğu fəsadlardan da geniş şəkildə danışıb.
Qeyd edək ki, tədbirdə MM rəhbərliyində təmsil olunan şəxslər, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər.
Könül
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB