Millət vəkili: “Azərbaycanın faciələri ilə bağlı qəbul edilən sənədlərin davamı olacaq”

Millət vəkili: “Azərbaycanın faciələri ilə bağlı qəbul edilən sənədlərin davamı olacaq”

Bu günlərdə Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə, o cümlədən Kolumbiya Senatında Azərbaycanın ərazi bütövlüyünün, Xocalı soyqırımının tanınması barədə qəbul edilən qətnamə Azərbaycan dövlətinin apardığı siyasətin uğurlu nəticəsidir. Bunu SİA-ya açıqlamasında millət vəkili Hüseynbala Mirələmov deyib. O bildirib ki, bu qətnamələr Prezident İlham Əliyev və xalqın birgə iradəsinin nəticəsidir. Millət vəkili qeyd edib ki, prezidentin apardığı siyasət hər zaman xalqın iradəsini ifadə edir.

"Bu sənədlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması baxımından olduqca dəyərli sənəddir. Təbii ki, Avropa Parlamenti hər zaman Azərbaycana fərqli münasibət bəsləyir və münaqişənin həllinə dair müəyyən sənədlər qəbul edir. Artıq Azərbaycanın faciələri ilə bağlı müəyyən ölkələr tərəfindən sənədələr, qətnamələr qəbul edilib. İnanırıq ki, bunların davamı olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə