Fazil Mustafa: “ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyət limiti tükənib” - MÖVQE
Millət vəkili Fazil Mustafanın \"Səs\" qəzetinə müsahibəsi:
- Fazil müəllim, ATƏT-in Minsk qrupu həmsədrləri 20 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı real nəticəyə nail ola bilməyiblər. Sizcə, bundan sonra həmin qurumun fəaliyyətindən konkret nəticə gözləməyə dəyərmi?
- Demək olar ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyət limiti tükənib. Yəni, münaqişənin həlli ilə bağlı sözügedən qurumdan hər hansı bir ciddi nəticə gözləmək inandırıcı görünmür. Sadəcə olaraq beynəlxalq təşkilatlara münaqişənin olduğu kimi saxlanması üçün nəzərdə tutulan bir mexanizm olaraq yarıyır. Ona görə də ATƏT-in Minsk qrupunun formatını dəyişmək imkanlarımızda məhdudur. Buna görə də səylərimizin bir nəticə vermədiyini etiraf etməliyik. Bütün hallarda biz iri formalar üzərində düşünməliyik. Çünki əks halda bu kimi məsələlərdə bizim uğur qazanmağımız çətin ola bilər. Çünki bu format Azərbaycan tərəfinin xeyirinə düşünülmüş bir format deyil. Bütövlükdə işğalçı ölkə olan Ermənistanın əlində torpaqları rəsmləşdirmədən belə saxlamağa xidmət edən bir alətdir. Bu formatın dəyişilməsi üçün hansı mümkün vasitələr varsa, onun üzərində ciddi şəkildə düşünməliyik.
- Demək olarmı, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Rusiyanın tutacağı hər hansı bir mövqedən və atacağı addımlardan aslıdır?
- Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya və ABŞ-dan aslıdır. Çünki bu Rusiyanın və ABŞ-ın birlikdə qurduğu bir layihədir. Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər. Xüsusi olaraqda Azərbaycanın qanuni hüquqlarının bərpasını istəmirlər. Yəni, sözügedən iki dövlətin hədəfi Ermənistan tərəfini haqlı çıxarmaq və işğalçı ölkənin maraqlarını müdafiə etməkdir. Bunu da etmək üçün bütün vasitələrdən istifadə etməkdədilər. O cümlədən ATƏT-in Minsk qrupunu da əlaltı bir qurum kimi öz işlərinin həyata keçirilməsi üçün istifadə edirlər.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB