Bakıda GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçirilib

Bakıda GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçirilib
Bu gün Bakıda GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçirilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə 2012-ci il üçün Azərbaycanın GUAM-da sədrliyinin prioritetləri müzakirə edilib, üzv dövlətlər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də "GUAM +" formatında tərəfdaşlarla münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda iclasın yekunlarına dair protokol imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə