Tahir Kərimli: “Müxalifət 2003 və 2005-ci il məğlubiyyətindən sonra hələ də özünə gələ bilmir” - MÖVQE

Tahir Kərimli: “Müxalifət 2003 və 2005-ci il məğlubiyyətindən sonra hələ də özünə gələ bilmir” - MÖVQE

\"Azərbaycan müxalifəti hədsiz zəifləyib, sosial bazasını itirib. Onların illərlə xalqa verdiyi vədlər artıq yerinə yetirilməyib\". Bunu bu gün SƏSTV-yə müsahibəsində Vəhdət Partiyasının sədri Tahir Kərimli müxalifətin aprelin 8-16-sı tarixlərində Bakıda keçirməyi planlaşdırdıqları mitinqə münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə, 2003-2005-ci il məğlubiyyətindən sonra müxalifət elə sindroma düşüb ki, hələ də heç cürə özünə gələ bilmir: "Avroviziya" kimi beynəlxalq yarışma ərəfəsində onların mitinq keçirmələri labüd görünmür. Bununla onlar həm daxildə, həm xaricdə diqqəti özlərinə cəlb etməyə çalışırlar. Onlar hesab edirlər ki, bu yeni bir xalq hərəkatının başlanğıcına çevrilə bilər. Amma hələ də anlaya bilmirlər ki, xalq artıq onların vədlərinə inanmır. Hazırda Azərbaycan xalqının gözləntisi dövlətimizdəndir. Bu müxalifət nəyin bahasına olursa-olsun irəli düşmək istəyir. Onlar mitinqlərə hazırda taksi sürücülərini cəlb etməyə çalışırlar. Müxalifət liderlərinin ətrafında köhnə liderlərdən artıq heç kim qalmayıb. Gənclərin müxtəlif sosial şəbəkələr vasitəsilə müxalifət liderlərinin sıralarına qoşulmalarının əsas səbəbi isə həmin insanları yetərincə tanıya bilməmələridir".


Partiya sədri hesab edir ki, bunların əsas məqsədi ancaq və ancaq Azərbaycan dövlətinə təzyiq göstərmək, ölkəni sarsıtmaq, siyasi stabilliyi pozmaqdan ibarətdir: "Azərbaycan prezidenti İlham Əliyev ölkədə sabitliyin qarantıdır. Heç kim və heç kəs cürət edib deyə bilməz ki, mən hakimiyyətə gələcəyəm və stabilliyi bərpa edəcəyəm. Onların özləri də çox gözəl bilirlər ki, istənilən adam hakimiyyətə gəlsə, əksinə ölkədə xaos baş qaldıra bilər".


Avronest Parlament Asambleyasının (PA) iclasında cənab Prezident İlham Əliyevin çıxışına da toxunan T.Kərimli dedi ki, ölkə prezidentinin Ermənistan dövlətini faşist adlandırması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir: "Bunun özü göstərir ki, heç bir müxalifət liderləri Ermənistana yönəlik belə bir bəyanatlarla çıxış etməyib. Biz ayrı-ayrı insanların, qrupların hüquqlarının pozulmasını görürük, ancaq bütün 100 minlərlə Azərbaycan xalqının hüquqlarına göz yumuruq\".

Bütün xəbərlər Facebook səhifəmizdə