Rusiyalı politoloq: ""Erməni soyqırımı" kütləvi şəkildə tanınmayacaq"
Rusiyanın Strateji Tədqiqatlar İnstitutunun (RİSİ) Qafqaz araşdırmaları sektorunun müdiri, politoloq Yana Amelina Ermənistanın kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib ki, dünya ictimaiyyətinin "erməni soyqırımı"nı kütləvi tanıması halı baş verməyəcək.
Ekspertin fikrincə, bunun başlıca səbəbi beynəlxalq miqyasda soyqırımların tanınmasının artıq hüquqi deyil, siyasi məsələ kimi dəyərləndirilməsidir. "Aydındır ki, soyqırımların qəbul edilməsi hüquqi deyil, siyasi mahiyyət daşıyır və bu mahiyyət bir çox öhdəliklər müəyyənləşdirir. Hazırkı vəziyyətdə bir çox ölkələrin "erməni soyqırımı"nı qəbul etməməsinin səbəbi heç də Türkiyənin Ermənistandan qat-qat nüfuza malik olması və Ankara ilə münasibətləri korlamaq istəməmələri deyil. Əsas məsələ o dövrün proseslərinin müasir dövrün hüquq normaları baxımdan təsnifatlandırılmasının nə dərəcədə düzgünlüyüdür", - deyən Y.Amelina Rusiyaya qarşı da çeçenlərə, qaraçay-çərkəzlərə və başqa xalqlara qarşı soyqırım törətməklə bağlı iddialar səslənib və bu iddialar ölkənin geosiyasi düşmənləri tərəfindən irəli sürülüb.
Qeyd edək ki, ermənilərin 1992-ci ildə Xocalıda həyata keçirdikləri soyqırım aktı müasir dövrün hüquqi prizmasından yanaşılmalı məsələdir. Həm də ona görə ki, Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Xocalını da işğal etdiklərinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB