TÜRKPA nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının sessiyasında iştirak edəcək
TÜRKPA nümayəndə heyəti 31 mart və 5 aprel 2012-ci il tarixləri arasında Ugandanın paytaxtı Kampala şəhərində keçiriləcək 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqının 126-cı Sessiyasında iştirak edəcək.
TÜRKPA-dan SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan Parlamentinin TÜRKPA-dakı nümayəndə heyətinin üzvü və Beynəlxalq Parlamentlərarası İttifaqdakı rəhbəri İlham Əliyev rəhbərlik edəcəkdir.
TÜRKPA Beynəlxalq Parlamentlər İttifaqında müşahidəçi statusu ilə təmsil olunur.
Həmçinin TÜRKPA Baş Katibinin müavini cənab Kürşad Melih Sarıarslan Beynəlxalq Parlamentlər İttifaqının 126-cı Sessiyası ilə paralel olaraq keçiriləcək Parlamentlərin Baş Katibləri Assosiasiyasının növbəti iclasında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB