Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Dilşad Veysəlovanın təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə ADU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. Universitet rəhbərliyi adından hər kəsi təbrik edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Novruz bayramının qədim tarixə malik olduğunu bildirib. Xalqımızın qədim mədəniyyətinin dünyada tanıdılmasında bu bayramın rolundan danışan prorektor Azərbaycan dövlətinin Novruz Bayramına verdiyi önəmə də toxunub.
Novruz bayramının Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malik olduğunu deyən Alman dilinin fonetikası, qrammatikası və dil tarixi kafedrasının professoru Fəxrəddin Veysəlli isə bayram adət-ənənələrini, mədəniyyətimizi dünyaya çatdırmağın vacibliyindən bəhs edib.
Bayram tədbirində ilk olaraq çərşənbələrlə bağlı məlumat verilib. Od, su, yel və torpaq çərşənbələri, eləcə də onların yaranma tarixi və xüsusiyyətlərindən bəhs edilən tədbirdə tələbələr tərəfindən müxtəlif şeirlər səsləndirilib, mahnılar oxunub, rəqslər ifa edilib. Bununla yanaşı, tədbirdə Novruz bayramının atributlarından olan Kosa və Keçəlin gəlişi tədbirə xüsusi ovqat bəxş edib. Bayram tədbirində müxtəlif oyunlar da nümayiş olunub. Novruz adət-ənənələrindən bəhs edən tamaşa və alman dilində təqdim olunan dialoqlar, maraqlı və rəngarəng musiqi nömrələri də tamaşaçıların zövqünü oxşadı. ADU-nun professor müəllim heyəti tələbələr tərəfindən hazırlanan xonçalara baxış keçirdilər.
Qeyd edək ki, sonra bayram tonqalına od vurulub. Bayram mərasimi tələbə-müəllim heyətinin tonqal ətrafında rəqs etməsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB