Rusiyanın Azərbaycandakı səfirliyində prezident seçkilərinə səsvermə keçirilir

Rusiyanın Azərbaycandakı səfirliyində prezident seçkilərinə səsvermə keçirilir

Səfirlikdən verilən məlumata görə, saat 10:00-a qədər Azərbaycanda yaşayan Rusiya vətəndaşlarının 439 nəfəri artıq səs verib. İlk dəfə altı il müddətinə keçirilən dövlət başçısı vəzifəsi uğrunda hazırkı baş nazir Vladimir Putin, Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov, Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski, Ədalətli Rusiya Partiyasından Sergey Mironov və müstəqil namizəd Mixail Proxorov mübarizə aparırlar.


Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələrinə martın 14-dən gec olmayaraq yekun vurmalı, martın 17-ə qədər isə nəticələr rəsmən dərc edilməlidir. Hazırki seçkilərdə seçilən Rusiya Federasiyası (RF) Prezidenti vəzifəsinə mayın 7-də başlamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə