Əli Əhmədov: “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərlə bağlı geniş maddələr olacaq” - MÜNASİBƏT
"Bu gün ölkədə prezidentin sərəncamına əsasən, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası hazlanır. Yeni Azərbaycan Partiyası gəncləri də bu konsepsiyanın hazırlanması ilə əlaqədar müxtəlif təkliflərini irəli sürüblər". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib.
İcra katibi bildirib ki, bir neçə müddət öncə hakim partiya gənclərinin Qəbələ və Oğuz rayonlarında keçirilən qış məktəblərində müzakirə predmetinə çevrilən əsas məsələlərdən biri də bundan ibarət idi. Ə.Əhmədovun sözlərinə görə, qış məktəblərində "Azərbaycan 2020: gənclərin gələcəyə baxışı" mövzusunds geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.
\"Bu gənclərin Azərbaycanın 2020 illə əlaqədar hazırlanacaq konsepsiyaya dair səsləndirdikləri təkliflər bununla məhdudlaşmayacaq. Bundan sonra da hakim partiyanın gəncləri bu problem ətrafında fikir mübadiləsi aparacaq, təkliflər səsləndirəcəklər. İnamaq istəyirəm ki, 2020-ci illə əlaqədar imzalanacaq dövlət konsepsiyasında Yeni Azərbaycan Partiyası gəncləri, bütövlükdə Azərbaycan gənclərinin səsləndirdiyi təkliflər öz əksini tapacaq. Azərbaycan hökumətinin, prezidentinin müəyyənləşdirdiyi xəttin əsas məqamlarından biri də gənclərin sosisl vəziyyətin yaxşılaşdırılmasınndan ibarətdir. Bu istiqamətdə müxtəlif layihələr və təkliflər irəliyə sürülüb, səsləndirilib, həyata keçirilməsi mexanizmləri hazırlanmaqdadır. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası gənclərin bütövlükdə ictimai-siyasi fəallığı, sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı geniş maddələr olacaq və bunlar ardıcıl şəkildə həyata keçiriləcək",- deyə hakim partiyanın sədr müavini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB