Türkiyə universitetlərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər davam edir. Bu tədbirlərdən biri Sakarya Universitetində təşkil edilib.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndikdən sonra konfrans Xocalı Soyqırımı ilə bağlı filmin nümayişi ilə başlayıb.
Sakarya Universitetində təşkil edilən konfransda iştirak edən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımı, Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat vermişdi. Xocalı Soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva öz çıxışında Türkiyədə Xocalı Soyqırımı ilə bağlı konfransların universitetlərdə təşkil edilməsinin önəmini qeyd etmiş və bu faciələrin dünya ictimaiyyətinə anladılması üçün gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. "Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq" şüarının vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva aydınların ən önəmli vəzifələrindən birinin tariximizə sahib çıxıb bunu gəncliyə öyrətmələri olduğunu bildirib.
Konfransda iştirak edən Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan, universitetin dosenti Selçuk Ural iyirmi il əvvəl Azərbaycanın Xocalı şəhərində dinc insanlara qarşı erməni ordusunun törətdiyi qətliamdan ətraflı bəhs ediblər.
Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB