Prezidentin sərəncamı ilə Arzu Rəhimova general-leytenant hərbi rütbəsi verilib
Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 2048 nömrəli Sərəncamını nəzərə alaraq qərara alıb: Arzu Yusif oğlu Rəhimov general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilsin.
Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olub. 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib. 1986-1989-cu illlərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.
1992-2004-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlib. 2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilib.
2004-cü ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
2007-ci il aprelin 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib. 2010-cu il martın 17-də ona II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
2012-ci il fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB