Sabah Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılıb. Şimal-şərq küləyinin əsəcəyi, havanın temperaturunun gecə 0-2 dərəcə isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, martın 2-də rayonlarda da havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyinin əsəcəyi bölgələrimizdə havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13 dərəcə şaxta olacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB