Argentina prezidenti ölkəsinin Azərbaycanda səfirliyinin açılması haqqında fərman imzalanıb

Argentina prezidenti ölkəsinin Azərbaycanda səfirliyinin açılması haqqında fərman imzalanıb

Argentina prezidenti Kristina Fernandes de Kirşner və xarici siyasət idarəsinin rəhbəri Ektor Timerman bu ölkənin Azərbaycanda səfirliyinin açılması haqqında fərman imzalayıblar. SİA-nın məlumatına görə, sənəddə səfirliyin Bakıda açılacağı, konsulluq şöbəsinin fəaliyyətinin bütün ölkənin ərazisini əhatə edəcəyi bildirilir. Fərmanda qeyd olunur ki, səfirliyin açılması xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə