Cəbhədə bir neçə istiqamətdə atəşkəs pozulub

Cəbhədə bir neçə istiqamətdə atəşkəs pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 29-da saat 19.05-dən 19.15-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.30-dan 19.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.50-dən 00.15-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 1-də saat 05.10-dan 05.20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com