Ekzeter Universiteti Xocalı Soyqırımını yad edir-FOTOSESSİYA

Ekzeter Universiteti Xocalı Soyqırımını yad edir-FOTOSESSİYA

Böyük Britaniyanın nüfuzlu universitətləri arasında olan Exeter Universitetində Ekzeter Azərbaycan Cəmiyyəti tərəfindən respublikamızın İngiltərədəki səfirliyinin dəstəyi ilə Xocalı Soyqırımının 20-ci ildönümünə həsr edilən tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirin iştirakçıları arasında universitetin professorları və tələbələri, eyni zamanda ətraf şəhərlərdən də cəlb olunmuş azərbaycanlı və əcnəbi qonaqlar varıydı.


Tədbirin açılış mərasimində çıxış edən Ekzeter Azərbaycan Cəmiyyətinin prezidenti Orxan Məmmədov istirakçıları salamladıqdan sonra məruzəçiləri təqdim edərək konfransı açıq elan edib. İlk olaraq, siyasət elmləri namizədi, politoloq Sabina Metcalf faciənin tarixi konteksdə təsvirini təqdim edib. Daha sonra iştirakçılar Xocalı Soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət olunub. Ardınca Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Texas Azərbaycan-Amerika Şurası tərəfindən təqdim olunmuş erməni vəhşiliklərini əks etdirən qısa video nümayiş etdirilib.


Növbəti məruzə siyasi tədqiqatçı və Türk cəmiyyətinin elmi işlər üzrə numayəndəsi Alixan Limoncuoğlu tərəfindən olub. Cənab Limoncuoğlu Azərbaycan-Türkiyə əlaqələrinin yaxınlığını vurğulayıb və faciədə yaxınlarını itirmiş ailələrə dərin başsağlığını bildirib.


Tədbir zamanı İngiltərənin Azərbaycandakı Səfirliyinin nümayəndəsi Ceyhun Novruzov iştirakçılara "Xocalıya ədalət" kompaniyasıyla bağlı geniş məlumat verib və qonaqlar tərəfindən ünvanlanmış suallara cavab verib. Tədbirin sonunda Orxan Məmmədov faciənin dünyaya çatdırılmasının vacibliyini qeyd edərək iştirakçıları Böyük Britaniya hökumətinə ünvanlanmış elektron petisiyaya qoşulmağa dəvət edib. Sonra iştirakçılar müvafiq təbliğat materialları ilə tanış olub, kampaniyanın hazırladığı petisiyaya imza atıblar.


Ekzeter konfransı Böyük Britaniya sakinlərinə Xocalı Soyqırımını daha yaxından tanıtmaq və belə bir faciənin bir daha yaşanmaması üçün dəstəklərini göstərmək şansını verib.


Qeyd edək ki, Ekzeter Universiteti Azərbaycan Cəmiyyəti 2010cu ilin noyabr ayında Orxan Məmmədovun təşəbbüsü ilə yaradılıb .Cəmiyyət Azərbaycanın, mədəniyyətimizin və tariximizin təbliği ilə əlaqədar bir sıra layihələrə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə