\"Xocalını unutmayaq” adlı tədbir keçirilib

\"Xocalını unutmayaq” adlı tədbir keçirilib

Bu gün Xocalı faciəsini gənc nəslə olduğu kimi çatdırmaq məqsədi ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "Xocalını unutmayaq" adlı tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Həbib Misirov, Xocalı İcra Hakimiyyətinin baş məsləhətçisi Nadir Rəşidov, şairə Zərəngiz Dəmirçi, şair və publisist Məmməd Nərimanoğlu, Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Gəncəli Mehdiyev və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Həbib Misirov tədbir haqqında geniş məlumat verib. "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi \"Xocalıya Ədalət\" kampaniyası çərçivəsində xarici ölkələrdə təşkil edilən tədbirlərdə aktiv iştirak edirlər. Bununla bağlı Türkiyə, Almaniya, İsveçrə və s. ölkələrdə tədbirlər təşkil edilib"-deyə o bildirib.

Qeyd edək ki, konfransda Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunub.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə