Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Boris Tadiçə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, təbrikdə bildirilir: "Serbiya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı yolunda səylərimiz bundan sonra da əlaqələrimizin hərtərəfli genişlənməsinə, dostluq və əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına sülh və firavanlıq arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB