Ərdoğan Medvedevə: "Rusiyanın Suriyadakı hadisələrlə bağlı vicdan məsuliyyəti var" - FOTO
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BM Təhlükəsizlik Şurasında Suriya qərarına veto qoyan Rusiyanın dövlət başçısı Dmitri Medvedevə telefonla zəng edib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, təxminən bir saat davam edən görüşmədə Ərdoğan Medvedevə BMT-də veto səlahiyyətinə sahib olan Rusiyanın Suriyadakı hadisələrlə bağlı vicdan məsuliyyətinin olduğunu xatırladıb. "Axan qan dayandırılmalıdır", deyən Ərdoğan "Suriya rəhbərliyi inamını və hakimiyyətini itirib", deyə əlavə edib. Medvedevdən Türkiyənin təşəbbüsünə dəstək verməsini istəyən Ərdoğan vurğulayıb ki, Suriyaya qarşı xarici müdaxilənin əlehinədir və rəsmi Ankara buna razı deyil.
Medvedev isə Ərdoğana "Qarşıdurmaların dayanması üçün bütün imkandan istifadə edirik", deyib. Medvedev "Problemin həlli yolları BMT Təhlükəsizlik Şurasında axtarılmalıdır" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB