Qırğızıstan Respublikasının gənclər, əmək və məşğulluq naziri Azərbaycanda səfərdədir
Qırğızıstan Respublikasının gənclər, əmək və məşgulluq naziri Aliasbek Alımkulovun rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər Azərbaycan ilə Qırğız Respublikası arasında gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə gerçəkləşir. Səfər fevralın 3-dək davam edəcək.
Səfər çərçivəsində qonaqların Ümummilli Lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarəti, Gənclər və İdman, Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliklərində, Qafqaz Müsəlmanları İdarəsində görüşləri və "2 fevral – Azərbaycan Gəncləri Günü" münasibətilə keçiriləcək tədbirlərdə iştirakları nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Gənclər və İdman Nazirliyi və Qırğız Respublikasının Gənclər, Əmək və Məşgulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB