Cəmil Çiçək: “Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır”

Cəmil Çiçək: “Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır”

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlamentlər Birliyinin İndoneziyanın Palembanq şəhərində keçirilən VII Konfransında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bildirib ki, "Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğala ən qısa müddətdə son qoymaq, azərbaycanlı qaçqınların evlərinə dönməsini təmin etmək üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır".


C.Çiçək konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, 1992-ci ildən Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır və 1 milyon azərbaycanlı qardaşımız Dağlıq Qarabağ və ətraf bölgələrdən zorla və zülmlə köç etməyə məcbur edilib: "Türkiyə dost İslam ölkələrindən bu problemin və müsəlman ölkələrinin üzləşdikləri digər münaqişələrin həll edilməsi üçün daha çox dəstək gözləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə