Qənirə Paşayeva Strasburqda Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb
Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Strasburqda Gürcüstan Parlamentinin vitse-spikeri Mixail Maçavariani və bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Görüşdə millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Qənirə Paşayeva deyib ki, Azərbaycan və Gürcüstan parlament üzvləri, Parlamentlərarası Dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdır.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva Strasburqda həmçinin Gürcüstanın Xarici İşlər naziri Qriqori Vaşadze ilə də görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB