Dağıstanda törədilən iki partlayışda 2 uşaq yaralanıb

Dağıstanda törədilən iki partlayışda 2 uşaq yaralanıb

Dağıstanın Mahaçqala şəhərində naməlum şəxsin yaşayış binasına əldəqayırma partlayıcı qurğu atması nəticəsində 2 azyaşlı yaralanıb. Binaya ziyan dəyib.


Hadisə yerinə polis əməkdaşları gəldikdə, uzaqdan idarə ilə daha bir əldəqayırma partlayıcı qurğu işə salınıb. Partlayışın gücü trotil ekvivalenti ilə 7-9 kiloqram təşkil edib. Başladılan əməliyyat nəticəsində birinci partlayışdan sonra hadisə yerindən uzaqlaşan avtomobilin sürücüsü artıq saxlanıb.


Faktla bağlı bir neçə maddə ilə cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə