Əli Hüseynli: \"Fransanın hərəkəti Avropada qanunvericiliyin hələ də insan hüquqlarına uyğunlaşdırılmadığını sübuta yetirdi\"

Əli Hüseynli: \"Fransanın hərəkəti Avropada qanunvericiliyin hələ də insan hüquqlarına uyğunlaşdırılmadığını sübuta yetirdi\"

Fransa Senatının "erməni soyqırımı"nın inkar edənlərin cəzalandırılması haqqında qərarı Avropada hələ də qanunvericiliyində insan hüquqlarına uyğunlaşdırılması ilə bağlı mexanizmlərin mövcud olmadığını sübuta yetirdi. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O bildirib ki, əgər belə bir mexanizm mövcud olsaydı, Senat Avropa İnsan Haqqları Konvesiyasının 10-cu maddəsinə zidd olan belə bir ədalətsiz qərarı qəbul etməzdi.


"Qanunvericilik prosesi hansısa konseptual hüququn qarşısını ala bilərdi. Bundan əlavə, Qanunvericilik komitəsi və yaxud hansısa qurum ona rəy verərdi ki, bu, Fransa Konstitusiyası və ya Avropa İnsan Haqları Konvensiyasına ziddir. Belə olsaydı, qərar çoxdan qanunvericilik yolu ilə öz həllini tapardı", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə