Albaniyada partlayan Türkiyə gəmisindəki azərbaycanlıların adları bəlli olub
Albaniya sahillərində batan Türkiyə gəmisində olan azərbaycanlıların adları bəlli olub. Azərbaycan Dövlət Dəniz Administrasiyasından SİA-ya verilən məlumat görə, gəmidə azərbaycanlı dənizçilərin ümumi sayı 4 nəfər olub. Gəminin kapitanı Azərbaycan vətəndaşı Xəyyam Məmmədovdur. Ekipajın digər azərbaycanlı üzvləri Arif İmranov, Səfa İbrahimov və Ramil Məlikovdur.
Ekipajın üç üzvü itkin sayılır, onlar arasında gəminin kapitanı X.Məmmədov da var. Qalan iki üzv isə Gürcüstan vətəndaşlarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB