Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytı - yap.org.az-a haker hücumu təşkil edilib. SİA-nın məlumatına görə, bunu YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev də təsdiqləyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır və xüsusi araşdırma qrupu yaradılıb.
O bildirib ki, araşdırmanın sonunda hücumun hansı istiqamətdən təşkil olunduğu müəyyənləşəcək. Hüseyn Paşayev qeyd edib ki, hazırda saytın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB