Ağadadaş Ağayev: “Hər zaman özümü qəlbən Yeni Azərbaycan Partiyasının sıralarında hiss etmişəm”

Ağadadaş Ağayev: “Hər zaman özümü qəlbən Yeni Azərbaycan Partiyasının sıralarında hiss etmişəm”

\"Bu gün mənim üçün çox əlamətdar bir gündür. Bu gün rəsmən Yeni Azərbaycan Partiyasının sıralarına daxil oluram. Amma hər zaman özümü qəlbən Yeni Azərbaycan Partiyasının sıralarında hiss etmişəm. Səbəb budur ki, partiyanın həyata keçirdiyi siyasətin məqsəd və məramını dəstəkləyirəm. Ən əsası odur ki, partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevdir. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini göz önünə gətirəndə onun yaratdığı partiyanın sıralarında təmsil olunmağın böyük şərəf olduğu şübhəsizdir. Ümummilli liderin hakimiyyətinin birinci dövründə gördüyü işlərdən hələ gənc vaxtlarımda böyük fərəh hissi keçirirdim. Ulu öndər Sovetlər Birliyi dövründə iqtisadi baxımdan geridə qalan Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gördüyü işlər məhz hakimiyyətinin birinci dövründə Azərbaycanın bu günü üçün həyata keçirdiyi tədbirlərin davamı idi. Azərbaycanı güclü, qüdrətli dövlətə çevirmək ulu öndər Heydər Əliyevin əsas məqsədi, amalı olub." SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev YAP-ın mərkəzi ofisində sənət adamlarına partiyanın üzvlük vəsiqələrinin təqdim olunması mərasimində söyləyib.

Həmçinin xalq artisti bildirib ki, bu gün müstəqil Azərbaycanımız uğurları ilə dünyanın diqqətindədir: \"Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük şərəfli yol keçmiş, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında gördüyü işlərlə nüfuzunu günbəgün artırır. Bu partiyanın sıralarında olmaqdan qürur duyuram\".


Könül Kamilqızı


Bütün xəbərlər Facebook səhifəmizdə