2012-ci il qiyamət günü, yoxsa yeni başlanğıc?-ARAŞDIRMA

2012-ci ilin gəlişi Yer kürəsi əhalisinə kədər və narahatlıq gətirib. Bu il dünyanın sonun çatması ilə bağlı verilən proqnozlar hər kəsi narahat etməkdədir.


Nastradamus, Vanqa və Mayya tayfalarının təqvimi ilə 2012-ci ilin 21 dekabrı dünyada insan yaşantısının son günü kimi qələmə verilir.


İslam dinində dünyanın qiyamət gününün əlamətləri haqda məlumatlar var.


Bəs, görəsən, doğrudanmı bu il dekabr ayının 21-i bəşəriyyətin sonudur?

Qeyd edək ki, bu məsələ bütün dünya mətbuatının gündəmindədir və 2012-ci ilin dünyanın sonu olması ilə bağlı mütəxəssislər tərəfindən bir sıra versiyalar irəli sürülür.


Bəziləri iddia edir ki, 2012-ci il dekabrın 21-i yer kürəsində bütün canlılar məhv olacaq. Bəziləri isə bu cür proqnozların səbəbini 10-cu planet hesab olunan \"Nibiru\"n hər 3657 ildən bir Yer kürəsinin yaxınından keçərkən dünyaya müxtəlif fəlakətlər gətirməsi səbəb olacağını göstərir. Bu planetin Yer kürəsinin yaxınından növbəti keçişi isə 2012-ci ilə təsadüf etdiyindən bu ilin dünyanın son ili olmasına sübut kimi qədim Mayya tayfalarının təqvimi əsas gətirilir.


Bu cür qənaətə gəlməyə səbəb isə Meksikanın Kamalkalço şəhəri yaxınlığında Mayya tayfalarının 1300 il yaşlı daş kitabənin üzərində 2012-ci ilin dekabrın 21-i dünyanın sonu kimi göstərməsidir. Oxşar daş kitabə Meksikanın Tortuquero adlı bölgəsində də tapılıb.



"Nibiru" Planeti yer kürəsini məhv edəcək?



Mayya tayfalarının teoriyasına görə 10-cu planet \"Nibiru\" hər 3657 ildən bir Dünyanın Yaxınından keçərkən Dünyaya müxtəlif fəlakətlər gətirir. Bu dəfə isə bu təqvim 2012-ci il dekabr ayının 21-ə təsadüf edir. Mayyalılar onu iddia edir ki, günəş və ayı da nəzərə alsaq, 11 Cisim var. 12-ci cisim isə "Nibiru" Planetidir\".


Versiyalara görə "Nibiru" Planetini 21 dekabr 2012-ci ildə göy üzündə yalnız Şimal yarımkürəsində görmək mümkün olacaq. Obyekt yer kürəsindən 1 iyul 2014-cü ildə uzaqlaşacaq. Lakin bəzi ekspertlərə görə bu qeydlər mayyalıların təqviminə görə yeni eranın başlanğıcıdır.


Nastradamus da dünyanın sonu ilə bağlı verdiyi proqnozlarda 2012-ci ildə bəşəriyyətin kometayla məhv olacağını ilə bağlı proqnoz verib. Nastradamusun proqnozlarına görə 2012-ci ilin dekabr ayında naməlum kometanın Yer planetinə yaxınlaşması çoxlu sayda dağıntılara və anarxiyaya səbəb olacaq. Bəzi dövlətlərin 3-cü dünya müharibəsinə başlaya biləcəyini, sunami, zəlzələ və vulkan olacağını da öncəgörən proqnoz edib.

Versiyalarda 2012-ci ildə planetlərin aktivləşməsi nəticəsində yer kürəsində kataklizmalar, sunami, meteorit və nəhəng asteroidlərin bizi gözlədiyini də iddia olunur.


Qeyd edək ki, dünyanın dağılması barədə hələ eramızın 111-ci ilindən bəri müxtəlif proqnozlar verilib. Lakin onlardan heç biri reallaşmayıb. Həmin versiyalar siyahısında dünyanın dağılacağı gün 2036-cı və ya 2084-cü ilə olacağı haqda da məlumatlar var.



Mayya tayfaları əlyazmaları bizə gəlib çatmayıb



Bütün bu proqnozlar son vaxtlar dünya alimlərinin də nəzərindədir və onlar məsələyə müxtəlif münasibətlər acıqlayıb.


Bəzi astroloqlar həqiqətən də yer kürəsini təhlükə gözlədiyini, ancaq bunun dünyanın sonu olmadığını bildirirlər. Onlar hesab edir ki, 2012-ci il yer kürəsinin qatının pozulması mümkündür. Belə ki, nəhəng asteroidin yer planetinə yaxınlaşması nəticəsində canlı aləmə ciddi zərər dəyəcək.

Bu üzdən də 2012-ci ilin yer kürəsinin hər bir sakinini təbiət hadisələrinə qarşı öz həssaslıq nümayiş etməyə məhkum olacaq. Bu sınaqdan uğurla çıxa bilməyənlərin isə səhhətində ciddi problemlər gözləyir. Bu il maqnit dalğalarının güclənəcəyi, zəlzələ, sunami olacağı da istisna olunmur.


Mayya tayfaları ilə bağlı tədqiqat aparan alimlər onu da bildirir ki, bu tayfalar öz yazılarını daş plitə ya da sütunlar üzərində yazaraq, dəqiq tarix göstərməklə mühüm hadisələrlə bağlı proqnoz verərmiş.

Ancaq mayya tayfalarının əlyazmaları kotalik rahiblər tərəfindən yandırıldığından bu yazıların əlyazması bu günə gəlib çatmayıb. Ona görə də, mayya təqviminin düzgünlüyün heç bir əsası və sübutu yoxdur.


İndiyə kimi mayya təqviminin nə vaxt başlanması da məlum deyil. Versiyalara görə 2012-ci il dekabrın 21-i sadəcə təqvimin sona çatıb.


İngilis alimləri Hyuston və Stüart isə bildirir ki, əslində mayyalar proqnozlarının gələcək haqqında məlumat yox, inşa elədikləri binanın fasadına həkk etdirdikləri salnamədən bir parçasıdır.

Tədqiqatçı Henrix Berlin bildirir ki, öngörümlər mayya kahinlərinin öz hökmdarları üçün tərtib elədikləri astroloji cədvəldən savayı bir şey deyil.


Maya tarixçisi Sven Qronemeyer isə bildirir ki, 2012 ili yalnız periodlardan birinin sonudur. Bu açıqlamanı dəstəkləyən başqa tarixçilər də qeyd edir ki, 2012-ci ilin dekabr tarixində dünyanın sonu gəlir iddiası yalandır.

S. Qronemeyer onu da bəyan edib ki, qədim mayaların ismarışları əsasında formalaşan fikir isə şayiədir. Mayaların qədim dövrü əhatə edən təqvimi bir-birini əvəzləyən 13 zaman müddətindən ibarətdir. Hər bir müddət (baktun) 394 ilə bərabərdir. Təqvim 13-cü baktunda sona çatır. Yəni, 21 dekabr 2012-ci ildə. Bu sadəcə qədim müharibə və bərəkət tanrısı Bolona Yoktenin zühuru kimi başa düşülməlidir. Yəni, 2012-ci il dekabrın 21-də dünyanın sonu olmayacaq.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə