Sabah hava buludlu olacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə duman, səhər az çiskin olacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 3-8 dərəcə şaxta olacağı gözlənilir.Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Bəzi yerlərdə duman, səhər saatlarında az çiskin olacaq. Mülayim cənub küləyinin dekabrın 22-də şimal küləyi ilə əvəz olunacağı, maksimal temperaturun 9-14 dərəcə isti təşkil edəcəyi gözənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə