Nazir müavini: \"Bu gün Azərbaycana qoyulan investisiyaların böyük əksəriyyəti turizm sahəsinin inkişafı ilə bağlıdır\"

"Artıq hər bir kəs istənilən vaxt Mədəniyyət və Turizm Nazirliyinin veb-saytına daxil olaraq, öz fikirlərini bildirə, eyni zamanda, suallarına cavab ala bilər. Azərbaycanın turizm marşrutu, abidələri, görməli yerləri və s. haqqında məlumatları internet vasitəsilə əldə etmək olar".


SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib. O bildirib ki, ölkədə mədəniyyət və turizm sahəsi üzrə bir çox elektron xidmətlərin qurulması üçün işlərə başlanılıb: \"Mədəniyyət və Turizm Nazirliyi bir çox elektron xidmətlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikasında kitabxana-informasiya sisteminin inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində ölkədəki kitabxanaların tam elektron xidmətə keçidi üçün işlər aparılır. Bu gün Azərbaycana qoyulan investisiyaların böyük əksəriyyəti turizm sahəsinin inkişafı ilə bağlıdır. Ancaq turizm sahəsinə növbəti il ərzində qoyulacaq investisiyanın məbləğini demək çox çətindir\".

Bütün xəbərlər Facebook səhifəmizdə