Azərbaycan Prezidenti FHN-in maddi-texniki bazasının gücləndirilməsinə 10 milyon manat ayırıb

Azərbaycan Prezidenti FHN-in maddi-texniki bazasının gücləndirilməsinə 10 milyon manat ayırıb

Azərbaycan prezidenti Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 10,0 (on) milyon manat vəsait ayrılıb 6,0 (altı) milyon manat yanğından mühafizə bölmələri üçün xüsusi təyinatlı nəqliyyat vasitələri və 4,0 (dörd) milyon manat fərdi mühafizə vasitələrinin alınması üçün). Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə