Bu gün Azərbaycan Turizm İnstitutunda da ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə "Şəxsiyyət və zaman" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, ATİ-nin Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika riyaziyyat elmləri namizədi, dosent Nəsrulla Nəsirli 2003-cü ilin 12 dekabrını Azərbaycanın tarixi taleyində böyük itki, ağrılı bir dönəm olduğunu deyib.
Dekan müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan Heydər Əliyevin vəfatını təkcə bir dövlətin hüznü olmadığını bildirib. Tarixdə fiziki yoxluğu ilə zamanı belə kədərləndirən çox az şəxsiyyətlərdən olan Heydər Əliyevin 1969-1987 və ondan sonrakı dövrdə 1993-2003-cü illərdəki fəaliyyətini qısa tezis şəklində səciyyələndirib.
ATİ-nin prorektoru Eldar Aslanov Heydər Əliyevin rəhbərliyi ilə keçirilən bir sıra görüşlərin iştirakçısı olduğunu bildirib. Cəmiyyət necə oxuyursa elə də inkişaf edir formuluna faktlar əsasında aydınlı gətirib. Azərbaycan Respublikasının timsalında Heydər Əliyevin təhsilə və elmə göstərdiyi böyük qayğıdan danışıb.
Yeni Azərbaycan Partiyası ATİ yerli təşkilatının sədri Anar Fərmayılov tarixi faktlara söykənərək bildirib ki, hələ sovet dönəmində minlərlə azərbaycanlı gəncin SSRİ-nin 150-dən çox ali məktəbinə oxumağa göndərilməsi məhz bu böyük insanın adı ilə bağlıdır. Həmin tələbələrin əksəriyyəti bugün müstəqil Azərbaycanın böyük kadr potensialıdır. Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə Heydər Əliyevin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.
Tədbirdən sonra ATİ-nin müəllim və tələbələri ulu öndərin məzarını ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB