Dünya ölkələrində ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunan konfrans, dəyirmi masa, sərgilər keçirilir
Dünyanın bir sıra ölkələrində məskunlaşmış azərbaycanlılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən konfrans, dəyirmi masa, sərgilər keçirirlər. SİA-nın xəbərinə görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşklilatının təşkilatçılığı ilə anım mərasimləri, dəyirmi masa və konfranslar keçirilir.Ümummilli lideri Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovada yaşayan azərbaycanlılar da anırlar.Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland krallıqlarında, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Almaniyanın, Berlin, Drezden, Frankfurt şəhərlərində dekabrın 11-də keçirilmiş anım mərasimi və xatirə gecələrində toplaşanlara ümummilli liderin şərəfli həyat yolu, onun Azərbaycan xalqı və dövlət qarşısında misilsiz xidmətlərindən danışılıb, ulu öndər haqqında sənədli film nümayiş etdirilib. Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü, Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirlərdə azərbaycanlılarla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, türk, yəhudi, rus və digər millətlərin nümayəndələri iştirak ediblər. Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri Türkiyənin bir sıra şəhərlərində də keçirilir. Bu gün Ankarada ümummilli liderin xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək. Anım tədbirində Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Milli Məclisinin üzvləri iştirak edirlər. Tədbir iştirakçıları Ankaradakı Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə əklil qoyacaqlar.
Heydər Əliyevin xatisərinə həsr olunmuş anım mərasimi Birləşmiş Ərəb Əmirliklərində də qeyd olunub. Bu ölkədə fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləın tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin hökumət nümayəndələri də iştirak ediblər. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də təşkil olunacaq. Misir, İsraildə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfranslar keçiriləcək, onun həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdiriləcək. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada da keçiriləcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB