ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz keçib

ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz keçib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.

Monitorinqi təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin əks tərəfində isə səhra köməkçiləri Xristo Xristov və Antal Hedriç keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinq zamanı insident qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə