SAM və BMT İnkişaf Proqramının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB
Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və BMT İnkişaf Proqramının birgə təşkilatçılığı ilə "Müstəqilliyin 20illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransda çıxış edən Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib ki, 20 il dövlətin yaranması və inkişafı baxımından çox kiçik dövrdür. Belə ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə islahatlar aparılıb, böyük işlər görülüb. Onun sözlərinə görə, tarixən geostrateji maraqların kəsişdiyi məkanda yerləşən Azərbaycan özmüstəqilliyi üçün daim mübarizə aparıb: "Müstəqilliyin ilk illərində üzləşdiyi müharibə, siyasi hərc-mərclik, torpaqlarımızın işğalı ölkənin gələcəyini sual altında qoymuşdu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan bu problemlərdən xilas oldu. Bu müddət ərzində Azərbaycanın qüdrətinin dəfələrlə artdı. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edir. Qara qızılın ağ qızıla çevrilməsi strategiyası ölkəmizin inkişafının əsasıdır. Biz çox gözəl bilirik ki, insan amilinə dövlət qayğısı ölkənin gələcək inkişafı və təhlükəsizliyidir. Dövlət əlindəki vasitələrlə iqtsadi fəaliyyətdə artıma şərait yaradır. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, vətəndaşların işlə təmin edilməsi dövlətin əsas prioritetləridir. 1993-cü ildən başlayaraq ölkədə iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır. Azərbaycan 2001-ci ildən Avropa Şurasına daxil olmaqla Avropa demokratiya ailəsinin fəal üzvünə çevrilib".
Çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan Prezident Administrasiyasının rəhbəri bildirib ki, rəsmi Bakının qarşısında əsas çətinlik Ermənistanın hərbi təcavüzüdür: "Necə ola bilər ki beynəlxalq birliyin üzvü olan bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünü pozur və 19 ildir digər dövlətin ərazilərini işğal altında saxlayır? Bu, BMT-nin qərarları ilə ziddiyyət təşkil edir. Belə vəziyyətə baxmayaraq biz beynəlxalq birliyin susqunluğunu müşahidə edirik. Minsk qrupunun fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Bu dövlətlər Ermənistanın işğal siyasətinə son qoymaq üçün əllərini ağdan qaraya vurmayıblar. Ermənistan və ermənilər pərdə arxasında ciddi müdafiə olunur. Dağlıq Qarabağda doğulmuş və yaşayan ermənilər Azərbaycanın Avropa Şurası və BMT qarşısındakı öhdəliklərinə uyğun olaraq, Azərbaycan Konstitusiyasının verdiyi hüquqlardan istifadə edə bilərlər.Ermənistanın işğalçılıq siyasəti onu regional layihələrdən kənarda qoyub, ölkə iqtisadiyyatı pis vəziyyətə düşüb, insanlar köçüb gedirlər. Azərbaycan isə 1994-cü ildən güclənir".
PA rəhbərinin sözlərinə görə, regionda həyata keçirilən iqtisadilayihələr regional əməkdaşlığa təkan verir: "Bu gün Azərbaycan artıq Avropanın əsas enerji tərəfdaşına çevrilib. Yeni qaz yataqlarının kəşf edilməsi Azərbaycanın ixrac potensialını artırıb, onu dünyanın əsas qaz hasilatçıları sırasına yüksəldib. Eyni zamanda, regionda həyata keçirilən enerji layihələri, o cümlədən neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional əməkdaşlığa xüsusi töhfə verib. Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlət olaraq regional əməkdaşlığın əsas aparıcı qüvvəsinə çevrilib. Bu isə Azərbaycanda səmərəli dövlətçiliyin, güclü iqtisadiyyatın və milli birliyin bariz nümunəsidir. Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrilib. Bu güclü iqtisadiyyatın və mili birliyin bariz nümunəsidir".
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğurdur. Bunu isə tədbirdə çıxışı zamanı BMT İnkişaf proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura bildirib. Onun sözlərinə görə, Azərbaycanın orta insani inkişaf kateqoriyasından yüksək kateqoriyaya keçib və keçmiş sovet respublikalarından yalnızAzərbaycan bu yüksək inkişafa nail olub. O həmçinin vurğulayıb ki, Azərbaycanda ərzaq məhsulları indeksi xeyli artıb və bu indekslə yanaşıbiz əsasən taxıl və heyvandarlıq sahəsində artım müşahidə etmişik: "Hökümətin yoxsulluğun asaldılması strategiyasına nəzər saldıqda busahədə azərbaycanın mövcud vəziyyəti yaxşıdır", - Akçura qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda qadınlar iqtisadi sahədə daha çox yer tapıblar. "Məşğulluq sahəsində Azərbaycandakı qadınlar qonşu ölkələrlə müqaisədə daha az çətinliklər və maneəılərlə üzləşirlər. Qadındeputatlarının sayında da artım müşahidə edir",- o deyib. Eyni zamanda
Rezident əlaqələndirici qeyd edib ki, ölkədə görüləsi işlər də vardır.
"Insan ömrünün daha da uzadılması və 5 yaşadək olan uşaqların arasındaölüm sayının azaldılmasına nail olmaq lazımdır", - o bildirib. Onun sözlərinə görə, səhiyyə xərclərinin ÜDM-a nisbətinə nəzər salsanız görünəcək ki, Azərbaycan orta gəlirli ölkələrlə müqaisədə səhiyyəyə yetərincə pul xərcləyir. Fikrət Akçura ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunmamasından təəssüfləndiyini qeyd edib: "Münaqişənin nizamlanması üçün keçirilən çoxsaylı görüşlərə baxmayaraq heç bir dəyişiklik baş verməyib. Beynəlxalq ictimaiyyət münaqişənin nizamlanması üçün çox az iş görüb".
Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, 2015-ci ilədək yoxsulluq səviyyəsinin 2 dəfə azaldılması nəzərdə tutulur. Ş.Mustafayev müstəqillik dövründə iqtisadiyyatda əldə olunmuş nailiyyətlər barədə də məlumat verib.
Daha sonra çıxış edən Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyno Azərbaycanın bank sektorunda əldə etdikləri uğurlardan, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov isə ölkəmizin neftstartegisyasını gələck perspektivləri barəsində geniş məlumat verib.
Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov isə bildirib ki, Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsi siyasəti bundan sonra da davam etdiriləcək. Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycanda kənd təsərrüfatının ÜDM-də payı 5,4 faiz, qeyri-neft ÜDM-də payı isə 12 faiz təşkil edib. Hazırda kənd təsərrüfatında məşğul əhalinin 38 faizi çalışır. Ölkə üzrə investisiyalarda kənd təsərrüfatının payı 4,4 faiz, kredit qoyuluşlarındakı payı isə 4,8 faiz təşkil edir. Ötən ilin sonuna ölkədə kənd təsərrüfatı müəssisələrinin sayı 2 336, fərdi təsərrüfatının sayı 2 618, ailə kəndli və ev təsərrüfatlarının sayı isə 871 220 vahid olub. A.Əmiraslanov bildirib ki, aqrar sahədə gəlirlilik nisbətən aşağı olduğundan dövlət bu sektora dəstək verir: "Hazırda regionlarda həyata keçirilən infrastruktur layihələri aqrar sahənin inkişafına kömək edəcək. Azərbaycan aqrar sektorun inkişafı siyasətini davam etdirəcək".
Belə ki, aqrar sektora yüksəldilən büdcə xərcləri 2011-ci ildə 453 mln. manat olubsa, gələn il üçün bu rəqəm 472,3 mln. manat nəzərdə tutulub. Şöbə müdirinin sözlərinə görə, hazırda ölkədə ərzaq təhlükəsizliyi riski yoxdur, əksinə geniş ixrac imkanları mövcuddur. Belə ki, ölkədən kənd təsərrüfatı məhsullarının ixracının diversifikasiyası nəzərdə tutulub. Azərbaycan bu sahədə ixracı artırmaq və yeni bazarlara çıxışı təmin etmək niyyətindədir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə çıxışında qeyd edib ki, yaxın keçmişə nəzər salsaq, bir daha şahid olarıq ki, Azərbaycanda dövlət quruculuğu çətin sınaqlardan çıxmışdır. Onun sözlərinə görə, Azərvbaycan müstəqil inkişafımızın mühüm mərhələsinə çatıb, indi isə yeni perspektivlər, istiqamətlər, tendensiyalar üzərində işləyir. "Əlbəttə, bu sınaqlar səmərəli və ədalətli dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlara, atılan addımlara müəyyən maneələr törətmişdir. Lakin ümummilli lider Heydər Əliyev bu çətinlikləri aradan qaldırmış, Azərbaycan dövlətçiliyinin yeni ənənələr üzərində inkişafını təmin etmişdir. Biz artıq yaxın keçmişdən ibrət dərsi götürüb tarixi səhvləri təkrar etməməliyik. Hər birimizin üzərinə düşən vəzifə səmərəli dövlət quruculuğu işinin uğurla davam edtirilməsinə öz töhfəmizi verməkdir".
E.Aslanov səmərəli və ədalətli dövlətçilik deyəndə nəyin nəzərdə tutulduğuna da aydınlıq gətirib: "Bunun üçün ilk növbədə dövlət anlayışının özünə, daha doğrusu, onun təkamülünə qısa diqqət yetirmək lazımdır. Dövlət insanların, vətəndaşların rifahı və təhlükəsizliyi üçün fəaliyyət göstərən əsas çərçivədir. Səmərəli dövlətçilik məhz vətəndaşların malik olduqları hüquqlardan bəhrələnərək zəruri yaşayış şərtlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. Ədalət isə məşhur fransız filosofu Denis Didronun (Denis Diderot) söylədiyi kimi hər kəsin malik olduğunu özünə qaytarmaqdır. Deməli biz işlək qanunverici bazanın mövcud olduğu hüquqi dövlət çərçivəsində vətəndaşların azad fəaliyyətini təmin etməli, onların mövcud təhlükəsiz şəraitdə iqtisadi məşğuliyyətləri üçün zəruri mühitin yaradılmasını təşkil edirik və etməliyik".
O vurğulayıb ki, mütərəqqi dövlət anlayışı qloballaşan dünyanın incəliklərini nəzərə alaraq, müasir dövrün qanunauyğunluqlarını mənimsəyir və yeni formalaşan davranış standartlarının təyin edilməsini nəzərdə tutur: "Bununla da dövlət mövcud proseslərin inkişafında fəal aktora çevrilir. Azərbaycan yeni demokratik əsaslar üzərində öz inkişafını təmin etməklə, passiv şəkildə hadisələrin axarını izləmir, aktiv şəkildə yeni yazılan tarixin səhifələrində öz dəsti-xəttini qeyd edir. Bu bizim dinamik və proqressiv dövlət quruculuğumuzun əsas səciyyəvi cəhətidir. Dünya dəyişir, qaydalar dəyişir, insanlar təkamül edir. Bu, əlbəttə, dövlətin mahiyyətcə transformasiyasında öz əksini tapır".
E.Aslanov qeyd edib ki, bizim dövlətçiliyimizin əsas xüsusiyyətləri, sosial kontraktın məğzinə uyğun olaraq dövlət və cəmiyyət arasında inam və etibar Azərbaycanın möhkəm təməllər üzərində gələcək inkişafının təminatçısıdır: "Azərbaycan dövlətinin tarixinin mahiyyətindən irəli gələn səciyyəvi cəhətlərin nəzərə alınması, yeni inkişaf strategiyasının uğurla həyata keçirilməsini və gələcək çağırışların aradan qaldırılmasını şərtləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB