Məhərrəm ayı ilə əlaqədar bu gün irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımıza kömək məqsədi ilə Bərdə imamzadəsində könüllü qanvermə aksiyası keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə keçirilən aksiyada rayon sakinləri könüllü olaraq qanvermə aksiyasına qoşulub. Qeyd edək ki, qan verməyə gələnlər böyük həvəslə qan veriblər.Verdikləri qandan kiminsə şəfa tapacağından ümidlənən insanlar qan verməkdən çəkinmirlər. Xeyirxah aksiyaya rayon ictimaiyyəti könüllü olaraq qoşulub. Aksiyadan toplanan qan irsi qan xəstəliklərinə, eləcə də talissemiya ümumiyyətlə, qana ehtiyacı olan insanlara köçürüləcək. Məlumat üçün bildirək ki, qan bankının əməkdaşlarının iştirakı ilə qan verməyə gələnlərin ilk olaraq qan qrupları yoxlanılıb. Daha sonra isə xəstə insanlar istisna olmaqla sağlam insanlardan qan alınıb.
Qeyd edək ki, hər bir insandan 150-200 qram qan çəkilib.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB