Əli Əhmədov: \"Azərbaycan heç vaxt indiki kimi, öz tarixini, pozulmuş taleyini bərpa edəcək qədər güclü olmayıb\" - MÜNASİBƏT

Əli Əhmədov: \"Azərbaycan heç vaxt indiki kimi, öz tarixini, pozulmuş taleyini bərpa edəcək qədər güclü olmayıb\" - MÜNASİBƏT

Bu gün "Azərbaycan xalçaları: İrəvan qrupu" adlı kitabının və 6 dildə nəşr olunan braşurların təqdimatı olub. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Azərbaycan heç vaxt indiki kimi, öz tarixini, pozulmuş taleyini bərpa edəcək qədər güclü olmayıb. Onun sözlərinə görə, 200 ildən çoxdur ki, müxtəlif dövrlərdə torpaqlarımız itirilib: "Amma tarix milli yaddaşlarımızda qalır, yaşayır. Azərbaycan istər Qarabağ, istərsə də Qərbi Azərbaycanla bağlı tarixini yaşadır. Sabah isə sözün bütün mənalarında həmin torpaqların sahibi olacağıq. Xalçaçılıq Azərbaycan tarixini qoruyan mələklərdəndir. Müvəqqəti olaraq itirilmiş Qarabağ torpaqları xalçalarda yaşayır\".

Ə.Əhmədov qeyd edib ki, tarixin zaman ölçüləri kimi məkan ölçüləri də var. O bildirib ki, müvəqqəti itirilmiş torpaqlarla tariximiz daha məhdud çərçivəyə sığışdırılmaq təhlükəsi ilə üzləşib: "Nə qədər ki, xalçaları qoruyacağıq, tariximizə sahiblik edəcəyik", - o deyib.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib ki, Qarabağ xalçalarına həsr olunmuş kitab tariximizin öyrənilməsinə mühüm töhfədir. O deyib ki, kitab ermənilərin saxtakarlığı və oğurluğuna cavabdır. Ermənilərin Azərbaycan xalçalarını dünyaya öz mədəniyyət nümunələri kimi təqdim etdiyini deyən millət vəkili qeyd edib ki, biz itirilmiş torpaqlarımızın tarixinə sahib çıxmalıyıq: "Kitab saxtakarlıqla və oğurluq yolu ilə, Azərbaycanın mədəniyyət inciləri hesabına özünə qondarma mədəniyyət yartamağa çalışan erməni qəsbkarlarına sarsıdıcı zərbədir. Kitabda konkret faktlar və maddi dəlillər, o cümlədən xalçaçılıq məmulatı əsasında yazılmaqla Azərbaycanın erməni işğaıçılarına qarşı informasiya müharəbəsində çox mühüm hücüm aktıdır. Əsərin mahiyyəti müasir \"Ermənistan Respublikası\" adlanan ərazini və orada yaradılmış zəngin tarixi mədəniyyəti gəlmə erməniləri deyil, Azərbaycan xalqına məxsus olmasına sübbu edilməsinə yönəlib. Bu əsər tarix elminə, xalçaçılıq sənətimizə mühüm töhfədir.

"Azərilmə" xalça qalereyasının direktoru Vidadi Muradov çıxışında bildirib ki, kitab ölkə başçısı İlham Əliyev Müasir Ermənistan ərazisinin Azərbaycan xalqına məxsus olmasına tarixi həqiqəti bütün dünyaya bəyan edən konseltual fikri ilə başlayır. Azərbaycan xalçalarının tarixi barədə arayış verən direktor bildirib ki, "Azərbaycan xalçaları: İrəvan qrupu" kitabında bu bölgəni əhatə edən 102 xalça nümunəsi toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə