Türkdilli ölkələrin və toplumların Media Platforması və Koordinasiya Şurası formalaşıb

Türkdilli ölkələrin və toplumların Media Platforması və Koordinasiya Şurası formalaşıb

II Media Forumunun sonunda Türkdilli Ölkələrin və Toplumların Media Platforması yaradılıb.SİA-nın xəbərinə görə, baş katibliyi Ankarada olan platformanın üzv dövlətlərlə əlaqələr də məhz onun tərəfindən nizamlanır.

Platforma Türkdilli Ölkələr və Topluluqların Media Forumunu mütəmadi olaraq hər il müəyyən edilən ölkədə keçirilməsini təmin etməlidir. Türkdilli Ölkələrin və Toplumların Media Platformasının Koordinasiya Şurası (KŞ) sədr, baş katib, ölkə və ya topluluqların komitə sədrlərindən formalaşır.
Sədr ənənəvi olaraq KŞ üzvləri arasından seçilir. KŞ ildə ən azı bir dəfə toplanaraq, gündəmdə olan məsələləri müzakirə etməli və səs çoxluğu ilə qərarlar çıxarmalıdır. Platformanın yaxın vaxtlarda veb-saytı da yaradılacaq.

Bundan əlavə, forum çərçivəsində Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda Türkdilli ölkələrin və toplumların Media Platformasının Koordinasiya Şurası formalaşıb. Prosedur qaydalarına əsasən, II Forum Azərbaycanda keçirildiyinə görə Əflatun Amaşovun Platformanın Azərbaycan Milli Komitəsinəsədr seçilməsi qərara alınıb.

Aparıcı KİV-lər, o cümlədən Mətbuat Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF), Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan üzrə yerli komitəyə üzv seçiliblər. buraya Hikmət Babaoğlu ("Yeni Azərbaycan" qəzeti), Aslan Aslanov ("Azərtac" Dövlət Agentliyi), Vüsalə Mahirqızı (APA İnformasiya Agentliyi), Vüqar Rəhimzadə ("İki Sahil" qəzeti), Rauf Arifoğlu ("Yeni müsavat" qəzeti), İlqar Hüseynov ("Trend" İnformasiya Agentliyi), Əflatun Amaşov (Mətbuat Şurası), Vüqar Səfərov (KİVDF), Elçin Şıxlı (Azərbaycan Jurnalistlər Birliyi) daxildir.

Bundan əlavə, ölkələr və toplumlar üzrə yerli komitələr də formalaşdırılıb. Yerli komitələrin sədrləri avtomatik olaraq Koordinasiya Şurasının üzvü seçiliblər. Tədbirdə Koordinasiya Şurasının üzvlərinin adı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə