DİN Ədliyyə Nazirliyi qarşısında etiraz aksiyasının keçirilməsi və xeyli şəxsin saxlanması barədə məlumatları təkzib edib
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) oktyabrın 14-də Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyasının keçirilməsi və xeyli şəxsin polis tərəfindən saxlanması barədə dezinformasiya xarakterli məlumatları təkzib edib.
DİN mətbuat xidmətindən SİA-ya verilən məlumatda deyilir: "Bəzi kütləvi informasiya vasitələrində guya oktyabrın 14-də Ədliyyə Nazirliyinin binası qarşısında özünü Azərbaycan İslam Partiyası adlandıran qurumun üzvlərinin və təəssübkeşlərinin etiraz aksiyası keçirməsi, polisin aksiyanı dağıtması və bu zaman 200-250 nəfər "islamçı"nın saxlanılması barədə məlumatlar yayılıb.
Bildiririk ki, qəsdən yayılmış bu məlumatlar həqiqətdən uzaqdır. Belə ki, həmin tarixdə Ədliyyə Nazirliyinin binası qarşısında hər hansı aksiya keçirilməyib və polis tərəfindən də heç kim saxlanılmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB