Cümşüd Nuriyev: “İslam Partiyası Azərbaycanın maraqlarını öz nəfsinə qurban verir” - MÜNASİBƏT

Cümşüd Nuriyev: “İslam Partiyası Azərbaycanın maraqlarını öz nəfsinə qurban verir” - MÜNASİBƏT

Azərbayanda təhlükəsizlik orqanları tərəfindən dəfələrlə sübut olunub ki, bütün dini partiyalar xüsusilə İslam Partiyası İrandakı məlum mənbələrdən maliyyələşir. Politoloq Cümşüd Nuriyev SİA-ya verdiyi açıqlamada hesab edir ki, İrandakı qüvvələrin İslam Partiyasını dəstəkləməsi islama sevgidən irəli gəlmir: "Azərbaycanda fəaliyyət göstərən bəzi iş adamları və onlara dəstək verənlər Azərbaycan maraqlarını öz nəfislərinə satan, islamdan uzaq olan, lakin özlərini islamçı kimi təqdim edən soydaşlarımız burada iştirak edir. Təəssüf ki, bunların ticarətində Azərbaycanın dövlət maraqları satılır. Təkcə bunların cibləri dolmur, Azərbaycanın ərazisinə İranın kəşfiyyat orqanlarının ayaq açmasına bu tip adamlar şərait yaradır. Ona görə İslam Partiyasının harada piket keçirməsi və nə etməsində qeyri-adi bir şey görmək lazım deyil. Bu ilk deyil və sonuncu olacağı da görünmür. Çünki, İslam Partiyası dəfələrlə bu addımı atıb. Bu gün də onlara verilən tapşırıq ondan ibarətdir ki, Azərbaycanda aranı qarışdırsınlar. Çünki, onlar Azərbaycanı başqa şeydə ittiham edə bilmirlər".

İranın islam dövləti kimi fəaliyyət göstərməsi də sifarişlər əsasındadır. Belə bir şəraitdə İranın atdığı addımları təsadüfi saymaq olmaz. Politoloq deyir ki, cəmiyyətini islam şəriəti ilə idarə edən İran dini siyasətə çevirib və ona görə hal-hazırda islama ən böyük ziyan vuran elə İrandır: "Nə şəriət qaydalarına, nə də Qurana hörmət edirlər. Yəni bunların Azərbaycana qarşı atdığı addımlar arxasında hansısa bir islamı əxlaq durmur. Burada tamamilə \"bozbaş molla\" səviyyəsində düşüncə tərzi, yas məclisləri səviyyəsində təbliğ etmək düşünülən şəkildədir. Problemi İrandakı xüsusi qüvvələr bilərəkdən və qərəzli şəkildə yaradır. Bunun əsas səbəbi İranın Azərbaycana qısqanclıqla yanaşmasıdır. İranın qısqanclığının, şovinizminin arxasında isə başqa məqsədlər gizlənir. Bunun səbəblərindən biri İran tərəfinin Türkiyəni Azərbaycana qısqanmasıdır. Digər tərəfdən İran Azərbaycanın Qərbə inteqrasiyasına qısqanclıqla yanaşır və Azərbaycanda öz siyasətin yürütmək, Azərbaycanı özü kimi bir dövlət görmək istəyir. Məsələn, İran mollaları Azərbaycanın İsraillə, ABŞ-la münasibətlərinin əleyhinədir. Ancaq Azərbaycanın öz siyasəti var və kiminləsə hesablaşmaq, hansısa bir dövlətin əlində alətə çevrilmək kimi fikri yoxdur.

Bütün bunların fonunla isə İran özü Ermənistanla müttəfiqlik edir. Bir tərəfdən də Rusiyanın Qafqazda dəyənəyinə çevrilib. Çoxillik dövlətçilik təcrübəsi olan, böyük bir dövlət dəyənək obrazını özünə layiq görməməlidir. İran Türkiyədən sonra Azərbaycana həm dini, həm sərhəd baxımından yaxın olduğu üçün Azərbaycana dost münasibəti göstərməlidir. Azərbaycanın onun dövlətiliyinin saxlanmasında hansı rol oynadığını unutmamalı, Azərbaycan şahlarının burada rolunu xatırlamalıdır. Bu gün sərhəd məntəqəsində baş verən hadisələr də bu kimi problemlərdən qaynaqlanır".

Bütün xəbərlər Facebook səhifəmizdə