Qoran Lenmarker: “Dağlıq Qarabağın işğal altında olan ərazilərindən erməni qoşunları çıxarılmalıdır”
Hansısa qərara gəlib münaqişəni həll etmək üçün hər iki tərəfdə siyasi iradə və siyasi hazırlıq olmalıdır. SİA-nın xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının sabiq sədri və Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Qoran Lenmarker deyib. O bildirib ki, iyirmi ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan məcburi köçkünlər münaqişə həll olunmadığına görə əziyyət çəkirlər. Q.Lenmarker qeyd edib ki, Dağlıq Qarabağın işğal altında olan ərazilərindən erməni qoşunları çıxmalı, Ermənistan və Dağlıq Qarabağ arasında dəhliz yaradılmalıdır: "Sonra Dağlıq Qarabağ və ətraf rayonlardan olan bütün məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Bundan əlavə, erməni qaçqınlar Azərbaycana qayıtmalıdırlar. Ən sonda isə Dağlıq Qarabağın statusu müəyyən olunmalıdır. Bir sözlə münaqişə sülh yolu ilə kompromis əsasında həll olunmalıdır".
Ermənistan prezidenti 2008-ci ildə Türkiyə-Ermənistan sərhədləri ilə bağlı müzakirələr aparılan zaman problemi həll etməyə hazır olduğunu deyən Q.Lenmarker vurğulayıb ki, amma erməni diasporu buna mane olub və bu alınmayıb. Onun sözlərinə görə, həmin zaman Türkiyə-Ermənistan sərhədləri açılsaydı, bu, Dağlıq Qarabağ probleminin həllinə pozitiv təsir edərdi. O qeyd edib ki, Dağlıq Qarabağın statusu məsələsi gələcəkdə müəyyənləşdirilməlidir: "Biz həmişə deyirik ki, eyni zamanda bir neçə məsələni həll eləmək olmaz. Ona görə də status məsələsini gələcəyə saxlamaq lazımdır. Münaqişəni həll eləmək üçün həm hər iki cəmiyyətin, həm də siyasətçilərin iradəsi olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB