Oktyabrın 5-də cəbhənin Tovuz rayonunun Ağdam kəndi istiqamətində ermənilərin snayperlə vurduğu Milli Ordunun hərbi qulluqçusu, 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov bu gün günorta saatlarında doğulduğu Ağstafa rayonu Eynallı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində doğmaları, rayon rəhbərliyi, eləcə də hərbi hissənin zabit və çavuş heyəti iştirak edib.
Qeyd edək ki, Süleyman Əsgərov 2007-ci ilin yanvarından Goranboy rayonun Goran qəsəbəsindəki hərbi hissədə qulluq edib və daha sonra Tovuzun Ağdam kəndində hərbi xidmətdə qulluğunu davam etdirib.
Ötən gün cəbhənin Tərtər istiqamətində ermənilərin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan ordusunun əsgəri Novruz Əliyev də bu gün doğulduğu Füzuli rayonunun Şükürbəyli kəndində torpağa tapşırılıb. 20 yaşlı Novruz Əliyev Tərtərin Qapanlı kəndi ərazisində snayper atəşi ilə vurulub.
Başından bir güllə yarası alan əsgər səngərdə keçinib. O, 6 ay idi orduda qulluq edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB