Özümü yaxşı hiss edirəm, inşallah bir-iki günə evə buraxıılacam. Bunu SİA-ya açıqlamasında bu gün Dövlət Gömrük Komitəsinin Hospitalında palataya köçürülən xalq artisti Yaşar Nuri bildirib.
Onun sözlərinə görə, həkimlər çox danışmağa icazə vermirlər: \"Hazırda özümü nisbətən yaxşı hiss edirəm. Reanimasiyada olduğum müddətdə yanıma heç kimi buraxmırdılar. Yalnız telefonla danışa bilirdim. Tezliklə evə buraxılacağam və o zaman rahat şəkildə müsahibə verəcəyəm\".
Qeyd edək ki, sentyabrın 15-də Yaşar Nurinin səhhəti qəflətən pisləşib və Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəli İstanbul Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB