Baş nazirin müavini: “Bizi ermənilərlə üzbəüz, tək buraxsalar...”
"İyirmi ildir ki, beynəlxalq təşkilatlar və iri dövlətlər Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konfliktini həll edə bilmirlərsə, bir kənara çəkilib azərbaycanlılarla erməniləri üz- üzə tək buraxsınlar". SİA-nın xəbərinə görə, bunları Azərbaycan dövlət müstəqilliyinin iyirminci ildönümü münasibətilə keçirilən tədbirdə baş nazirin birinci müavini Əli Həsənov bildirib.
O, qeyd edib ki, bu, problemin həll olunması üçün lazım olan üç variantdan birincisidir. "Əgər bizi ermənilərlə üzbəüz tək buraxsalar, mane olmasalar biz çox asan dil tapa bilərik. Neçə ildir ki, heç bir səbəb göstərmədən beynəlxalq təşkilatlar Azərbaycanın bu problemini həll edə bilmirlər, hüquqlarımız açıq-aşkar tapdalanır. Bu gün bir milyondan çox qaçqın mənə sual veririr ki, bizim torpaqlarımız nə vaxt qayıdacaq, mən onlara cavab verə bilmirəm. Amma buna baxmayaraq həmin beynəlxalq təşkilatlar bizə hüquqdan dərs keçirlər"-deyə Ə.Həsənov vurğulayıb.
Baş nazirin müavini deyir ki, əgər Azərbaycanı Ermənistanla üz- üzə tək buraxmaq istəmirlərsə o zaman ikinci variantı- problemin banisi olan Rusiya ilə danışssınlar. "Əgər bunu da edə bilmirlərsə, heç olmasa Ermənistanda hazırkı qeyri- demokratik hakimiyyəti devirib, orada normal demokratik hakimiyyətin qurulmasına nail olsunlar"-deyə Azərbaycan hökumətinin nümayəndəsi vurğulayıb. Ə.Həsənov deyib ki, faktiki olaraq bugünkü Ermənistan Respublikasının paytaxtı İrəvan şəhəri Azərbaycanın tarixi şəhəri olub. "İndiki Ermənistan Azərbaycanın tarixi torpaqları üzərində qurulub"-deyə, o, əlavə edib.
Azərbaycanlıların öz tarixi torpaqlarından müxtəlif vaxtlarda deportasiya edildiyini deyən Əli Həsənov SSRİ qoşunlarının Azərbaycan torpaqlarının 20 faizinin işğalına kömək etdiyini də xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB