Turizmin inkişafında medianın rolu müzakirə edilir

Turizmin inkişafında medianın rolu müzakirə edilir
Mədəniyyət və Turizm Nazirliyinin və Mətbuat Şurasının birgə təşəbbüsü ilə "Turizmin inkişafı media müstəvisində" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qatıldığı dəyirmi masada Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri təmsilçilərinin iştirak edir.


Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci il Azərbaycanda "Turizm ili" elan olunub. Mətbuat şurasının sədri Əflatun Amaşaov çıxışında bildirib ki, buna uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox işlər görülüb ki, bunların içərisində "2011-ci il Turizm ilidir" devizi altında proqramların və xüsusi verilişlərin təşkili mühüm yer tutub. Prosesə çap mediasının, o cümlədən qəzet və jurnalların cəlb edilməsi üçün ayrıca rubrikaların və mövzuların da müəyyənləşdirilməsi zəruridir. "Azərbaycanda turizmin inkişafı media müstəvisində" mövzusunda dəyirmi masada bu kimi məsələlər ətrafında müzakirələr aparılır, təklif və təşəbbüslər səsləndirilir.



Könül Cəfərova

Bütün xəbərlər Facebook səhifəmizdə