Kuba XİN-ni beynəlxalq aləmə bəyan edib ki, \"azadlıq adası\" Liviyanın Müvəqqəti Keçid Şurasını tanımır. SİA-nın verdiyi məlumata görə, Kuba rəsmi siyasi dairələri NATO-nu minlərlə günahsız insanların ölümündə, BMT-ni isə işğalçı koalisiya qüvvələrinə dəstəkdə və müxalifətçilərə iş birliyində günahlandırıb.
Eyni zamanda bildirilib ki, Şimali Atlantika Alyansının işğalçılıq siyasəti Suriyaya müdaxilə etmək üçün də şərait yaradır.
\"Kuba respublikası heç bir zaman Liviyada yaradılan yeni hökuməti tanımayacaq. Kuba Xarici İşlər Nazirliyi dərhal çoxsaylı insan tələfatlıarına səbəb olan hərbi əməliyyatların dayandırılmasını tələb edir və Liviya xalqının müqəddəratını xalqın özü tərəfindən sülh yolu ilə həll olunmasını dəstəkləyir\", - deyə bəyanatda qeyd olunub. Ria Novostinin məlumatına görə, Hazırda Kubanın Liviyada fəaliyyət göstərən diplomatik nümayəndələrinin geri çağırılması prosesi gedir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB