Azərbaycan prezidenti ATƏT-in Bakı Ofisinin yeni rəhbərini qəbul edib

Azərbaycan prezidenti ATƏT-in Bakı Ofisinin yeni rəhbərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev avqustun 31-də ATƏT-in Bakı Ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul edib.


SİA-nın məlumatına görə, dövlət başçısı Koray Tarqayı ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.


Prezident İ. Əliyev ATƏT-in Bakı Ofisinin keçmiş rəhbəri Bilge Cankorelin fəaliyyəti dövründə ATƏT-in Bakı Ofisi ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib.


Oz novbəsində, K. Tarqay təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.


Goruşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə