Məlum olduğu kimi, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Akşin Mehdiyev Ermənistan prezidenti Serj Sarkisyanın gənclərlə görüşündə onları nifrətə, işğalçılığa çağırmasını beynəlxalq prinsiplərə zidd olduğunu bildirərək, bu barədə BMT-nin baş katibinə məktub ünvanlayıb. Bundan əvvəl də 13 yaşlı Aygün Şahmallıyevanın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı məktub göndərilmişdi. "BMT-nin baş katibi bu müraciətlərə reaksiya verəcəkmi" – sualına aydınlıq gətirmək üçün poltoloq Cümşüd Nuriyevə müraciət etdik.
- Düşünürəm ki, BMT-nin baş katibi bu məsələlərə çoxdan öz münasibətini bildirməli idi. Təəssüflər olsun ki, artıq BMT bir qurum olaraq ABŞ-ın 5-ci təkəri kimi çıxış edir. Ümumiyyətlə, BMT-nin baş katiblərinin əksəriyyətinin öz sözü olmayıb. BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı olan məsələlərə baxılmalıdır. Çünki işğalçı ölkə olan Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı olaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, həmin qətnamələr hələ də bu günə kimi icra olunmayıb. Bundan başqa, BMT-nin Baş Assambleyasının iclasında iki dəfə Dağlıq Qarabağ məsələsi ilə bağlı qətnamə qəbul olunub. Bir sözlə, bütün bunlara baxmayaraq, bu günə kimi, BMT-nin mövcud mexanizmi işə düşmür. Necə olur ki, Liviya ilə bağlı 4 saat ərzində qərar qəbul olunur və qərar icrayyə yönəldilir. Bununla belə, BMT baş katibi bu müraciətlərə nə isə deyəcəyinə inanmıram. Çünki burada əsas qərar verən ABŞ dövlətidir. Təəssüflər olsun ki, ABŞ da sözügedən məsələlərə hələ də ikili standartla yanaşır. Yəni, bəzi ölkə rəhbərləri Azərbaycanın bütün məsələlərinə ikili standartla yanaşıblar. Bizim BMT-dəki səfirimiz və nümayəndəmiz işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzkarlıqla bağlı olan məsələləri dəfələrlə qaldırıb. Nə qədər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb, məsələlər yenə də qaldırılacaq. Düşünürəm ki, biz bunu tarix üçün etməliyik. Çünki əks təqdirdə, Azərbaycan dövlətini susqunluqda və öz haqqını tələb etməməkdə ittiham edə bilərlər. Amma Azərbaycan tərəfi beynəlxalq hüququn normalarına görə bütün addımları atır. Ermənistanın rəhbəri Serj Sarkisyan BMT-nin hüquq normalarını pozduğuna görə sanksiyalar tətbiq olunmalıdır. Nədən Belarusiya üçün sanksiyalar tətbiq olunur. Amma işğalçı ölkə başçısı üçün heç bir sanksiya tətbiq olunmur. Birdən-birə BMT-nin üzvü olan iki dövlətin ərazisinə iddia ilə bağlı olaraq, Serj Sarkisyan erməni gənclərini yeni işğala səsləyir. Belə bir şəraitdə BMT hələ də, işğalçı ölkə rəhbəri olan Serj Sarkisyanla bağlı susur. Açığı buna söz tapmaq mümkün deyil. Yəni, buna nə ikiüzlü siyasət, nə ikili standart, nə də ki, xristian həmrəyliyi demək olur. Düşünürəm ki, BMT-nin Ermənistana qarşı susması, onu deməyə əsas verir ki, BMT ciddi qurum deyil. Sadəcə olaraq, görüntü üçün fəaliyyət göstərən bir beynəlxalq təşkilatdır. Eyni zamanda, BMT ABŞ-ın diktəsi ilə oturub-duran bir təşkilatdır.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB